Özbəkistanda prezident seçkiləri başa çatdı
Özbəkistanda keçirilən prezident seçkilərində seçici fəallığı 87,3 faiz təşkil edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyası səsvermədə 18,928 milyon nəfərin iştirak etdiyini bildirib.
Seçkilərdə 4 namizəd mübarizə aparır. Bunlar hazırda prezident səlahiyyətlərini icra edən Liberal-Demokrat Partiyasından Şövkət Mirzəyev, Milli Dirçəliş Partiyasından Sarvar Otamuradov, Sosial-Demokrat Partiyasından Nəriman Umarov və Xalq-Demokrat Partiyasından Xatomjon Ketmenovdur.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR
17:28
375
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
360
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
361
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2013
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2136
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2105