Fidel Kastronun külü dəfn edildi

Kuba inqilabının lideri Fidel Kastronun külü dəfn edilib. APA TV-nin məlumatına görə, bu barədə Kuba Dövlət Televiziyası məlumat yayıb.

F. Kastronun külü kortejlə Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığına gətirilib və dəfn edilib. Korteji minlərlə şəhər sakini müşayiət edib.

Kuba lideri Raul Kastronun bildirdiyi kimi, mərasim sadə, təvazökar şəraitdə keçirilib. Kuba Dövlət Televiziyası dəfn mərasimindən canlı yayım verməyib.

Xatırladaq ki, vəsiyyətinə uyğun olaraq F. Kastronun nəşi yandırılıb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR