Şəmkirdə zəncirvari qəza: 8 YARALI VAR
Şəmkirdə baş verən zəncirvari qəzada səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 396-cı kilometrliyində, Cinarlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Ukrayna vətəndaşı 46 yaşlı Yevgeni Kaçkovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil rayonun Kür qəsəbə sakini, 67 yaşlı Ziyad Əkbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, daha sonra isə "Land Rover" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Kia" yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan "Kia"nın sürücüsü, onun həyat yoldaşı və iki övladı, həmçinin "VAZ"ın sürücüsü və sərnişinləri - 51 yaşlı Zəminə Zeynalova, 25 yaşlı Ülvi Zeynalov, 27 yaşlı Turanə Əliyeva və 49 yaşlı Zümrüd Zeynalova Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıblar. Xəsarət alanlardan 4 nəfərinin vəziyyəti orta ağırdır. Digər müraciət edənlərin vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər