Ərdoğan: "Rusiya, Çin və İranla ticarəti milli valyutada aparacağıq"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyi çağırıb.
İstanbulda bir alış-veriş mərkəzinin açılışında çıxış edən ölkə başçısı qeyd edib ki, milli valyutaya dəstək verənlər zərərlə üzləşməz: "Yastığınızın altındakı xarici valyutanı lirəyə və qızıla çevirin. Bizi yıxmaq istəyənlərə qarşı çıxın və milli valyutamıza dəstək verin. Milli valyutımız sizə zərər verməz".
Ərdoğan əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinə ticarət dövriyəsində yerli valyutadan istifadə etməyi təklif edib. "Təklif etdim ki, Rusiyadan məhsulları rublla alaq, Rusiya isə Türkiyədən aldığı məhsullara görə lirə ilə ödəniş etsin. Həmin təklifi Çin rəhbərliyinə də etdim, İrana da təklif etdim. Tərəflər bu təklifi müsbət qarşıladı".
Ərdoğan artıq təklifin reallaşması üçün Mərkəzi banklara müvafiq göstərişlər verildiyini də deyib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər