Ağstafada maşın sürüyə girdi, 12 qoyun tələf oldu

Ağstafada avtomobil qoyun sürüsünə çırpılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə  Bakı-Qazax- Gürcüstan avtomobil yolunun 473-cü kilometrliyində, rayonun Dağkəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə  alınıb.

Hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil magistral yol çıxan kənd sakini  Zabul Hacıyeva məxsus qoyun sürüsünə çırpılaraq 12 baş xırda buynuzlu heyvanı tələf edib. Heyvan sahibinin bildirdiyinə görə qoyun sürüsü gecə saatlarında tövlədən qaçaraq yola çıxıb. Qəza  səsinə   yola çıxan Zabul Hacıyev heyvanlarının 12-nin yerə   sərildiyini bir neçəsinin isə xəsarət aldığını görüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR