Sabunçu rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib
Sabunçu rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbir Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində baş tutub. “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda keçirilən tədbirdə Sabunçu rayon Polis İdarəsinin rəisi polis polkovniki Eldar İlyasov, Rayon icra hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış ediblər.
Natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu deyibl'r/
150 şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə Eldar İlyasov narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü vurğulayıb.
Tədbirin sonunda qonaqlara şagirdlərin narkomaniya ilə bağlı düşüncələrinə dair əl işlərinin foto-stendləri təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər