Zaqatalada zəncirvari qəza: "Ford", "Jiquli" və "Opel" toqquşdu

Zaqatalada baş verən zəncirvarı yol qəzasında üç nəfər xəsarət alıb. Hadisə bu gün saat 11.00 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

“Ford” markalı mikroavtobus ötmə əməliyyatı edən zaman yolun hərəkət zolağında dayanan, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyevə məxsus “VAZ 2106” və əks istiqamətdə hərəkətdə olan “Opel Vectra” markalı maşınla toqquşub.  Qəzadan sonra hər üç avtomobilin sürücüləri - rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov, Asim Sofiyev və rayonun Dağlı kənd sakini, 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev xəsarət alıblar. Yaralılar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Xəstəxanadan bildiriblər ki, yaralıların xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılacaqlar.
 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR