Şəmkir-Gədəbəy yolunda zəncirvari qəza baş verib, yaralılar var

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb. Qarşı qarşıya hərəkətdə olan “VAZ-2107” və “Ford” markalı avtomobillər toqquşub. Bu zaman yolla hərəkət edən “Mercedes” isə qəzaya uğrayan “VAZ”a çırpılıb. Hadisə zamanı "Ford"un sürücüsü, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Tahir Quliyev, “VAZ”ın sürücüsü Şəmkir rayonu, Çinarlı qəsəbə sakini, 1975-ci il təvəllüdlü Nazim İsmayılov və bir sərnişin xəsarət alıblar. Onlardan iki nəfərin vəziyyəti ağır, bir yaralının durumu isə normal qiymətləndirilir. Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR