Saxta ABŞ səfirliyi açıb illərlə işlətdilər - DƏLƏDUZLUĞUN SON HƏDDİ
Qanada saxta ABŞ səfirliyi yaradıb 6 il fəaliyyət göstərən qrup yaxalanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumatıa görə, paytaxt Akkra şəhərində yerləşən "səfirlik"də qanalılarla yanaşı türklər də işləyib.
Türkiyə vətəndaşları saxta səfirlikdə amerikalılar kimi çalışıb.
Müraciət edənlərin 6 min dollar qarşılığında ABŞ vizası və sənədlərlə təmin olunduğu məlum olub. ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında qalmaqallı olayın “Spartan Vanguard” adlı əməliyyatla ortaya çıxdığı bildirilib.
Mərkəzdə yerləşən binaya bazar ertəsi, çərşənbə axşamı və cümə günləri saat 7:30 ilə 12:00 arasında ABŞ bayrağı asılıb, otaqlarda prezident Obamanın fotosu qoyulurmuş. Saxta viza verən qrupun "konsulluq nümayəndələri" ingilis və flamand dillərində danışan Türkiyə vətəndaşları olduğu bildirilir. Dələduzlar arasında qaçqınlar və məhkəmə sahəsində peşəkar qanalı bir prokurorun da olduğu qeyd olunur.
Saxta səfirliyi Qanadakı həqiqi ABŞ səfirliyinin təhlükəsizlik qüvvələri ilə Qana polisi birgə əməliyyatla aşkarlayaraq bağlanıb. Fırıldağın uzun müddət davam etməsində rüşvətxor ABŞ rəsmilərinin də payı olduğu iddia olunur.
Qananın bölgələrindən və ətraf ölkələrdən ABŞ vizası almaq istəyən şəxslər paytaxta gətirilir, burda oteldə yerləşdirilir və saxta sənədlə təmin olunurmuşlar.
Açıqlamada eyni qrupun Akkra şəhərində saxta Hollandiya səfirliyi də işlətdiyi məlum olub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər