Özbəkistan yeni prezident seçir
Sabah Özbəkistanda prezident seçkiləridir. APA TV-nin məlumatına görə, növbədənkənar seçkilərdə prezident postu uğrunda dörd namizəd mübarizə aparır. Bunlar prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Şavkat Mirzieeyev, parlamentin aşağı palatasının vitse-spikeri, "Milli Dirçəliş" Demokratik Partiyasının namizədi Sərvər Otamuradov, Özbəkistan Xalq-Demokratik Partiyasının lideri Xotamjon Ketmonov və "Ədalət" Sosial-Demokrat Partiyasının lideri Narimon Umarovdur.
Seçkilərdə səsvermə hüququna malik 21,5 milyon seçici öz səsvermə hüququndan istifadə edə biləcək. Artıq prezident seçkilərindən vaxtından əvvəl səsvermə başa çatıb və 115 min nəfər səsverməyə 10 gün qalmış öz iradələrini ifadə ediblər. Yerli qanunvericiliyə əsasən, səsvermə günü qeydiyyat yerində olmayacaq vətəndaşlar seçkilərə on gün qalmış müddətdə səs verə bilərlər.
Xatırladaq ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri 1991-ci ildən ölkəyə rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra təyin olunub. Sentyabrın 8-də Özbəkistan parlamenti prezidentin səlahiyyətlərinin icrasını baş nazir Şavkat Mirzieeyevə tapşırıb və Mərkəzi Seçki Komissiyasına növbədənkənar seçkilər keçirməyi tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər