ABŞ Konqresi Rusiya ilə əməkdaşlığı qadağan etdi
ABŞ Senatı Pentaqona Rusiya ilə əməkdaşlığı qadağan edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Konqresin Nümayəndələr Palatası 2017-ci ilin büdcəsinin müdafiə xərcləri ilə bağlı sənəd qəbul edib.
Sənəddə ABŞ-la Rusiyanın ikitərəfli hərbi əməkdaşlığı üçün vəsait ayrılması qadağan edilib. Qərarda deyilir ki, 2 ölkə arasında hərbi əməkdaşlığa məbləğ ayrılmasına dair qadağa Rusiyanın Ukraynanın, eləcə də NATO ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə təhlükə törədənə qədər qüvvədə qalacaq. Pentaqon bu təhlükənin olmadığına dair Konqresi inandırsa, sənəd qüvvədən düşəcək. Sənəd həmçinin Krımı Rusiyanın ərazisi kimi tanıyan istənilən fəaliyyətin maliyyələşdirilməsini də qadağan edir.
Sənəd 375 səs lehinə, 34 əleyhinə olmaqla qəbul edilib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri vəzifəsinə Ceyms Mettisi irəli sürəcək. Mettis isə hər zaman anti-Rusiya çıxışları ilə diqqət mərkəzində olub və Rusiyanın dünyaya təhlükə olduğunu açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
17:28
389
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
373
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
384
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2013
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2137
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2106