Birjalar OPEK-in addımlarını izləyir, neft bahalaşır
Birjalarda neft həftəni yüksək qiymətlərlə başa vurub. OPEK-in qərarı və İrana qarşı sanksiyaların tətbiqi qiymətlərin bahalaşmasına təsir göstərib. Həftənin son hərraclarında "Brent" neftinin bir bareli 54,43 dollardan, qərbi Texas neftinin bir bareli isə 51,69 dollardan satılıb.
Ekspertlərin fikrincə, OPEK qərarı və sanksiyalar qiymətləri gözlənilən səviyyədə bahalaşdırmayıb. Buna səbəb bazarların ilk növbədə OPEK üzvlərinin razılaşmaya necə əməl edəcəklərinə dair gözləntilərdir. Razılaşmaya əsasən, OPEK ölkələri gündəlik hasilatı 1,2 milyon barel, kartelə üzv olmayan neft ölkələri isə 600 min barel azaltmalıdır. Bu razılaşmaya necə riayət və nəzarət olunacağı hələlik sual altında olduğundan, bazarlar gözləmə mövqeyi tuturlar.
OXŞAR XƏBƏRLƏR
17:28
392
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
375
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
386
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2013
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2138
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2106