Naftalanda 6 nəfər dəm qazından zəhərləndi

Naftalanda 6 nəfər dəm qazından zəhərlənib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaşaltı kəndində qeydə alınıb. Kənddə yaşayan və ora qonaq gedən 6 nəfər - 56 yaşlı Ümidvar Bədəlov, 48 yaşlı İlhamə İsgəndərova, 25 yaşlı Elşən Məmmədzadə, 22 yaşlı Aytən Bədəlova və onun həmyaşıdı Elçin Məmmədzadə, həmçinin 25 yaşlı Lalə Məmmədzadə özlərini pis hiss etdiklərinə görə Goranboy rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Onlara dərhal tibbi yardım göstərilib.

 

Zəhərlənənlərin hamısının vəziyyəti normal olduğundan evə buraxılıblar. Məlum olub ki, onlar evin zirzəmisində quraşdırılan kombi sisteminin nasaz işləməsi zamanı otağa dolan qazdan zəhərləniblər. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR