Bakıda maşın qaranlıq yoldakı beton maneəyə çırpıldı

Bakının Binəqədi rayonu ərazində qəza baş verib. Hadisə Binəqədi şosesində qeydə alınıb.

 

VAZ-2106 markalı avtomobillə şəhərin  mərkəzi istiqamətində hərəkətdə olan sürücü Babək Məmmədov yanlış manevr edib. Bu zaman “Kia” markalı avtomobillə eyni istiqamətdə hərəkət edən Rəşad Mollayev idarəetməni itirib. Nəticədə “Kia” beton arakəsmələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, qəzaya yola düzülən beton arakəsmələr səbəb olub. Çünki həmin arakəsmələrin düzüldüyü hissədə işıqlandırma sistemi yoxdur. Bu isə sürücülər üçün bir sıra çətinliklər yaradır. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR