Tovuzda gəlin və qayınana dəm qazından zəhərləndi

Tovuzda qayınana və gəlin dəm qazından zəhərlənib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Abulbəyli kənd sakinləri 55 yaşlı Şəhla Hacıyeva və gəlini 38 yaşlı Lamiyə Hacıyeva huşsuz halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı məlum olub ki, hər iki qadın yaşadıqları evdə dəm qazından zəhərləniblər. Yaxınlarının dediyinə görə, hadisə baş verən zaman evdə onlardan başqa heç kim olmayıb.

 

Zəhərlənənlərdən Şəhla Hacıyevanın vəziyyəti orta ağır, gəlini Lamiyə Hacıyevanın vəziyyəti isə ağır qiymətləndirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR