Prezident İlham Əliyev Zərdaba səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfər ediblər. Dövlətimizin başçısı və xanımı Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyublar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına və xanımına məlumat verib ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.
Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər