Azərbaycan Xalçası Ensiklopediyasının 2-ci cildi təqdim olundu
Azərbaycan Xalçası Ensiklopediyasının 2-ci cildi işıq üzü görüb. APA TV-nin xəbərinə görə, bununla bağlı Azərbaycan Xalça Muzeyində təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən müəllif Röya Tağıyeva bildirib ki, kitabın birinci cildi 2015-ci ildə nəşr edilib və daha çox xovlu xalçalar haqqında məlumatlar öz əksini tapıb. İkinci cilddə isə həm xovsuz, xovlu xalçalar haqqında geniş məlumat dərc olunub: "Bu xalçalarda qədimilik, xalqın ilkinliyi saxlanılıb. Bu xalçalar bazar iqtisadiyyatında bəzi keyfiyyətlərdən uzaq idi. Bu evdə olurdu. Əsas inanclar bu xalçalarda qorunub saxlanılıb. İkinci cilddə 1000-dən artıq şəkil, 400-dən artıq xalça terminləri var. Xovsuz xalçalar xalça sənətinin ilk addımlarıdır".
Daha sonra çıxış edənlər xalça sənəti ilə bağlı məlumatlar verib, bu nəşrin önəmindən danışıblar.
Qeyd edək ki, Ensiklopediya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və JTI şirkətinin dəstəyi ilə nəşr olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər