Salyanda dəhşət: ata qızını qətlə yetirdi, cinayəti oğlu boynuna götürdü

Salyan rayonunda ata qızını amansızlıqla qətlə yetirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dekabrın 1-də Salyan rayonunun Xurşud kəndində qətl hadisəsi baş verib.

 

Kənd sakini, 42 yaşlı Rauf Əsədxan oğlu Əsədov 18 yaşlı qızı Fərqanə Əsədovanı qətlə yetirib. Yeniyetmə qız ürək nahiyəsindən aldığı 2 bıçaq yarasından dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə baş verən gün mərhumun qardaşı Əkbər Əsədov hadisəni özünün törətdiyini bildirib və polisə təslim olub. İlkin istintaq zamanı isə müəyyən edilib ki, Əkbər atasının təzyiqi altında cinayəti törətdiyini bildirib. Əslində qızın qatilinin atası Rauf Əsədov olduğu üzə çıxıb.

 

Kənd sakinlərinin bildirdiyinə görə, ailəsində daim münaqişə yaradan Rauf Əsədov əvvəllər dəfələrlə məhkum olunub. Narkotik vasitə aludəçisi olan qatil ata bir müddət əvvəl həbsdən evə dönüb. Həbsdən döndüyü gündən daim həyat yoldaşını döydüyündən, qadın acıq edərək evdən gedib və qohumlarına sığınıb. Arvadının acığını qızından çıxmaq istəyən ata 11-ci sinif şagirdi olan qızını qətlə yetirib.

 

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR