Şəkidə traktorun qoşqusunun altında qalan kişi öldü
Şəkidə 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq faciəli şəkildə ölüb.
APA TV-nin məlumatına görə, dekabrın 1-i axşam saatlarında Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Asim İspəndiyar oğlu Mustafazadə idarə etdiyi qoşqulu traktorla tullantıların atılması üçün ayrılmış xüsusi ərazidə zibil boşaldan zaman qoşquda nasazlıq yaranıb.
Asim Mustafazadə nasazlığı aradan qaldırmağa çalışarkən qoşqu qəfildən sürətlə enib və A.Mustafazadənin başını əzib. Nəticədə o, faciəvi şəkildə hadisə yerində ölüb. Asim Mustafayevin meyitini qoşqunun altından çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər