Əsədə qarşı "Hələb ordusu" qurulur - RUS "DOBRO"SU, TÜRK "EVET"İ
Hələbdə Suriya hakimiyyətinə qarşı döyüşən müxaliflər birləşmək qərarına gəlib. APA TV-nin məlumatına görə, "Hələb ordusu" adı altında birləşməyi planlaşdıran müxaliflər şəhərdə nəzarət etdikləri əraziləri əllərində saxlamaq üçün birlikdə döyüşəcəklər.
Hələbdə, xüsusi ilə şəhər mərkəzində bir çox məhəlləni nəzarətdə saxlayan müxalif döyüşçülər bir tərəfdən Rusiya dəstəkli Suriya hökumət qüvvələri, digər tərəfdən Ankaranın PKK-nın Suriya qolu adlandırdığı YPG-nin hücumlarından sonra xeyli ərazi itirib.
Vahid komandanlıq altında birləşmə qərarının ən böyük səbəbi Rusiyanın "Şamın fəthi" (Ən Nusra Cəbhəsi) qrupunu terrorçu elan etməsidir. Bu birləşmədən sonra Rusiyanın mövqeyində yumşalma olacağına ümid edilir. Müxaliflər bu qərarla Rusiyanı dövrədən çıxararaq Hələbin nəzarətini ələ keçirməyi düşünür.
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə səfəri zamanı Suriya probleminin həll olunması üçün "müxaliflərlə də görüşərik" açıqlamasını verib.
Türkiyənin vasitəçiliyi ilə Ankarada Rusiya və müxaliflər arasında gizli görüşlərin keçirildiyini Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının rəsmisi Samir Naşar təsdiqləyib.
Samir Naşar bildirib ki, bu görüşlər Türkiyənin cəhdləri ilə təmkinli bir şəkildə üç gün davam edib. Toplantıya Türkiyənin təsir edə biləcəyi qruplar qatılıb.
Naşarın sözlərinə görə, görüşlər nəticəsində razılıq əldə olunmayıb və Hələbdə mühasirədə olan qüvvələr sona qədər döyüşmək və heç bir yerə getməmək qərarına gəliblər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər