ABŞ Senatı İrana qarşı sanksiyaları 10 il uzatdı
ABŞ senatı İrana qarşı enerji sahəsində investisiya qoyuluşuna tətbiq olunan sanksiyanın müddətini daha 10 il uzadıb.
APA TV-nin məlumatına görə, Nümayəndələr Palatasından sonra Senatda təsdiq olunan sənəd Ağ Evə göndərilib.
ABŞ eyni sənədi ilk dəfə 1996-cı ildə qəbul edib, 2006-cı ildə isə 10 illiyə uzadılıb.
Obama imzaladıqdan sonra 2026-cı ilə qədər qüvvədə olacaq İranın nüvə silahına sahib olmasını əngəlləməyə yönələn qanun, İranın enerji sənayesinə məhdudiyyətlər və sanksiyalar nəzərdə tutur.
Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Xamanei sanksiyanın Nümayəndələr Palatası tərəfindən qəbul olunmasının İranla 2015-ci ildə əldə olunan nüvə razılaşmasına zidd olduğunu bildirmişdi.
"Hakimiyyətdə olan ABŞ rəhbərliyi bir çox vasitə ilə nüvə anlaşmasını pozdu. Son olaraq sanksiyaların 10 il uzadılması. Əgər bu həyata keçərsə son nüvə razılaşmasına qarşı olduğu dəqiqdir. İran buna reaksiya verəcək", - deyə dini liderin internetdən yayılan açıqlamasında vurğulanırdı.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər