Bakıda təcili yardım maşını qəzaya düşüb, içindəki xəstə ölüb
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 1-də Hövsan qəsəbəsində “Mercedes” markalı təcili yardım maşını ilə 1964-cü il təvəllüdlü Adil Hüseynovun idarə etdiyi “Azsamand” markalı avtomobil toqquşub. Nəticədə təcili yardım maşınında olan, insult keçirmiş xəstə, 1955-ci il təvəllüdlü Əliyev Faiq vəfat edib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, xəstənin vəziyyəti çox ağır olub. O qeyd edib ki, təcili yardım maşını böyük sürətlə hərəkətdə olub, “Azsamand” markalı avtomobillə üz-üzə gəlib, avtomobil təcili yardım maşınına çırpılıb.
OXŞAR XƏBƏRLƏR
17:28
449
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
426
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
436
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2016
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2142
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2110