Müdafiə Nazirliyi cəbhədə gərginliyin yaranması barədə məlumatlara münasibət bildirdi

Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisinin yaralandığı barədə məlumat yayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR