Dollar, avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi dekabrın 1-i ilə müqayisədə artaraq 1,7339 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8516 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1859 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublunun məzənnəsi bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rus rublu 27 manat 20 qəpik, 100 türk lirəsi 49 manat 57 qəpik, 100 gürcü larisi isə 67 manat 60 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər