Cəbhədə düşmənin iki peşəkar hərbçisi yaralanıb

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun iki hərbçsi yaralanıb. APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, faktı Ermənistan Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Hadisə noyabrın 30-da qeydə alınıb. Müqavilə əsasında xidmət edən 32 yaşlı Qaqik Poqosyan və 30 yaşlı Qadjik Zaxaryan yaralanıblar. Qaqik Poqosyan Xankəndində xəstəxanaya yerləşdirilib. Onun qəlpə yaralar aldığı bildirilir.

Digər düşmən hərbçisi isə Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı Mərkəzi Hospitalına aparılıb. Onun vəziyyətinin daha ağır olduğu deyilir.

Onların cəbhənin hansı istiqamətində yaralandığı açıqlanmır.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR