Fransua Olland prezidentliyə namizəd olmayacağını açıqladı

Fransa prezidenti Fransua Olland növbəti müddətə prezidentliyə namizəd olmayacağını açıqlayıb. APA TV-nin məlumatına görə, bunu o, yerli telekanala müsahibəsində bəyan edib.

F. Olland 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməkdən rəsmən imtina etdiyini qeyd edib.

Qərarını seçicilər tərəfindən geniş şəkildə dəstəklənmədiyi ilə izah edən Fransua Olland yalnız ölkənin gələcəyi barədə düşündüyünü bildirib.

Qeyd edək ki, 62 yaşlı sosialyönümlü F. Olland 2012-ci ilin 15 may tarixindən ölkəyə rəhbərlik etsə də, beşinci respublikanın ən qeyri-populyar prezidenti olaraq tarixə düşüb.

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR