Türkiyədə qız şagirdlərin yaşadığı daha bir yataqxanada yanğın oldu
Türkiyənin Konya şəhərində liseyə aid qız şagirdlərin qaldığı yataqxana yanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə şəhərin Karatay qəsəbəsində Türk Telekom Sosial Elmlər Liseyinin yataqxanasında qeydə alınıb.
Yanğın binanın 3-cü mərtəbəsində, ilkin ehtimala görə qısaqapanma səbəbindən baş verib.
Həmin vaxt şagirdlər yeməkxanada olub. Tüstülənmə hiss edən personal tərəfindən yanğınsöndürənlərə xəbər verilib. Şagirdlər və yataqxananın əməkdaşları binadan təxliyə edilib.
Hadisə nəticəsində 2 şagird tüstüdən zəhərləndiyi üçün xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, iki gün əvvəl Adanada qızların qaldığı yataqxanada baş verən analoji hadisə zamanı 12 şagird həyatını itirmişdi.

OXŞAR XƏBƏRLƏR
17:28
474
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
448
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
459
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2017
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2144
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2111