Ərdoğan Əsədlə bağlı dediklərinə aydınlıq gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın reaksiyasından sonra Suriya prezidenti Bəşər Əsədlə bağlı ifadə etdiyi sözlərə aydınlıq gətirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan "Fərat qalxanı" əməliyyatının hədəfində konkret bir ölkə və şəxsin yox, yalnız terrorun olduğunu bildirib.

Xatırladaq ki, iki gün öncə Ərdoğan Əsədi terroru dövlət səviyyəsinə çıxarmaqda və yüz minlərlə insanın ölümündə təqsirləndirmişdi. O, "Fərat qalxanı" əməliyyatından məqsədin Bəşər Əsədi devirmək olduğunu demişdi.

Bu açıqlama Əsədin müttəfiqi olan rəsmi Moskva tərəfindən birmənalı qarşılanmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova və Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov Ərdoğanın fikirlərini şərh ediblər.


Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR