"APA Holdinq"in 4 əməkdaşı "Number One" beynəlxalq mükafatına layiq görüldü
Bakıda "Number One" beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib. APA TV- nin məlumatına görə, maraqla gözlənilən mükafatlandırma mərasimi noyabrın 30-da Bakıdakı "Badamdar" otelində təşkil edilib.
Tədbirin rəsmi hissəsinədək gecənin qonaqları - tanınmış ictimai-siyasi xadimlər, elm, mədəniyyət, ədəbiyyat, incəsənət nümayəndələri, idmançılar və digər nüfuzlu şəxslər qırmızı xalıdan keçid ediblər.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozan qonaqları salamlayaraq "Number One" beynəlxalq mükafatı haqqında qısa məlumat verib və onun təltifetmə mərasimlərinin 8 ölkədə, Azərbaycanda isə artıq 4-cü dəfədir keçirildiyini bildirib. Mükafat elm, ədəbiyyat, mədəniyyət, incəsənət, idman, tibb, moda sənayesi, media sahəsi və ictimai həyatdakı uğurlara görə təqdim edilir.
"APA Holdinq", "Milli.Az" Xəbər Portalı, "Trend" Beynəlxalq İnformasiya Agentliyi, "Day.Az" İnformasiya Portalı və "Azernews" qəzeti media nominasiyasında qalib olaraq "Number One" mükafatına layiq görülüblər.
Gecədə Paralimpiya Oyunlarının ikiqat qalibi, ikiqat dünya və beşqat Avropa çempionu, Qarabağ müharibəsi veteranı cüdoçu İlham Zəkiyev, karate üzrə beşqat dünya və on üçqat Avropa çempionu Rafael Ağayev, Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əliyeva, xalq artistləri Flora Kərimova, Fəxrəddin Manafov, Amaliya Pənahova, Faiq Ağayev, Nazpəri Dostəliyeva və bir sıra digər şəxslərə "Number One" mükafatı təqdim olunub.
Beynəlxalq mükafatlandırma mərasimində "APA Holdinq"in 4 əməkdaşı təltif olunub. Lent.az xəbər portalından Yalçın Uğurla yanaşı, APA TV-nin əməkdaşları Sevinc Vaqifqızı və Ülkər Rəşidqızı, həmçinin Vesti.az-ın əməkdaşı Yeganə Rzaxanova və mükafatlandırılıb.
Qeyd edək ki, beynəlxalq "Number One" mükafatının təltifetmə mərasiminin təşkilatçısı Türkiyənin Türk TV kanalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər