Kürdəmirdə ev yandı

Kürdəmirdə ev yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən  axşam saat 22:30 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.

 

Kənd sakini, 1973-cü il təvəllüdlü Ulduz Babaş qızı Qurbanovaya məxsus 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 108 kvadrat metr olan evin 54 kvadrat metri əşyaları ilə birlikdə yanaraq kül olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Ev mübahisəli olduğuna görə sahibi qəsdən yandırıldığını iddia edir.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR