Qaxda mal-qara oğrularını kənd camaatı tutdu
Qaxda mal-qara oğruluğu ilə məşğul olan şəxslər iş başında yaxalanıblar.
APA TV-nin məlumatına görə, hadisə noyabrın 30-da axşam saat 20:00 radələrində rayonun Qarabaldır kəndində, kənd sakini Telman Paşa oğlu Paşayevin yaşadığı evin həyətyanı sahəsində baş verib.
Telman Paşayevin mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğurlamaq istəyən iki nəfər naməlum şəxs kənd sakinləri tərəfindən tutularaq Qax Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Sakinlərin APA TV-yə verdiyi məlumata görə, hadisə baş verən an ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O, axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayevi qapıda iki baş xırda buynuzlu heyvanı oğurlayaraq aparmaq istəyən iki naməlum şəxs qarşılayıb. Oğrular ev sahibini gördükdən sonra heyvanları buraxaraq qaçmaq istəyiblər. Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Onun köməyinə çatan qonşular oğruları kəndin ərazisində tutublar.
Məlum olub ki, oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər. Qax RPŞ-dən APA TV-yə verilən məlumatda Telman Paşayevin həyətindən oğruluq edilməsi faktı təsdiqlənib, oğruların Zaqatala rayon sakinləri Cəbrayıl Mülkümov və Arzuman Məmmədov olduqları bildirilib. Cəbrayıl Mülkümov və Arzuman Məmmədovun rayon ərazisində baş vermiş digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər