Kürdəmirdə "Jiquli" traktorla toqquşdu: 1 ölü
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci km-liyində, Kürdəmir rayonunun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun idarə etdiyi qoşqulu traktor toqquşub. Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
474
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
448
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
459
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2017
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2144
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2111