Lavrov: "Türk hərbçilərinin şəhid olmasında cavabdeh Suriyadır"
"Türk hərbçilərinin şəhid edilməsi ilə bizim əlaqəmiz yoxdur. Cavabdeh Suriyadır". APA TV-nin məlumatına görə, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, ciddi regional problemlər var, Suriyada və ümumilikdə bölgədə axan qan durdurulmalıdır. Bu məsələdə Türkiyə ilə işbirliyi davam edəcək: "Türkiyə Silahlı Qüvvələrinə havadan hücum olub. Hazırda ortaq bir fikir var. Bizim Rusiya olaraq məsələ ilə bağlı heç bir əlaqəmiz yoxdur. Suriya qüvvələri tərəfindən həyata keçirilən bir hücumdur. Belə hadisələrin bir daha olmasını istəmirik".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Türkiyənin apardığı "Fərat qalxanı" əməliyyatının məqsədinin dəqiq olduğunu qeyd edib: "Biz bölgəni İŞİD terror təşkilatından təmizləmək istəyirik. "Ən-Nusra"nın, PYD-nin və terror təşkilatlarının hamısı ilə mübarizə aparılması lazımdır. Suriyanın milli birliyi, torpaq bütövlüyü təmin olunmazsa, İŞİD bitər, başqası başlayar. Tezliklə siyasi çözüm üçün atəşkəsin əldə olunması lazımdır. Əsəd məsələsində prezidentimizin fikri bəllidir. 600 min insanın öldürülməsində cavabdehdir. Bu məsələdə Rusiya ilə fərqli düşünə bilərik. Suriyanın torpaq bütünlüyünə çox önəm veririk".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər