Azərbaycanda narkotik alverçisi olan ata və 3 oğlu tutuldu

Bərdə polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailəni ifşa edib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rayonun Zümürxan kəndində ata və 3 oğlunu saxlanılıb.

 

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü Elgiz Məmmədov, 24 yaşlı qardaşı Manaf və ataları Ədilxan Məmmədov rayon sakini Elçin Əliyevə narkotik maddə satarkən iş başında tutulub.

 

Məmmədovların evinə baxış keçirilərkən evin böyük oğlu, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixuana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Polisdən verilən məlumata görə, Elgiz Məmmədov kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınır.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR