Los-Ancelesdə erməni mafiyasının üzvünün cəsədi tapıldı

ABŞ-ın Los-Anceles şəhərində erməni cinayətkar qruplaşmasının üzvü olduğu təsdiq olunan şəxsin cəsədi tapılıb. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan KİV-ləri xəbər yayıb.

Cəsədi tapılan şəxsin təxminən təxminən 30-35 yaşında olduğu bildirilir. Onun güllələndiyi ehtimal olunur. Cəsəd yaşayış binalarının yaxınlığında aşkar edilib.

 

Araşdırma nəticəsində müəyyən edilib ki, öldürülən şəxs erməni mafiyasının üzvlərindən biridir və o, erməni cinayətkar qruplaşmalarına biət etməyən bir neçə həmyerlisini qətlə  yetirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR