Tramp biznesdən gedir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra biznes fəaliyyətini tərk edəcəyi və gücünü bütövlükdə ölkənin idarə olunmasına yönəldəcəyini açıqlayıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, o, bu niyyətini 15 dekabr tarixində Nyu-Yorkda keçiriləcək xüsusi mətbuat konfransında rəsmən bəyan edəcək.

 

Yeri gəlmişkən, hazırda yeni administrasiyanın formalaşması ilə məşğul olan milyarder-prezident əsas iqtisadi postlara namizədlərini müəyyən edib. Ticarət naziri postunu Uilbur Rossa təklif edən D. Tramp maliyyə naziri vəzifəsinə seçki qərargahının maliyyə müşaviri olmuş Stiven Mnçuini layiq gördüyünü açıqlayıb.

 

S.Mnçuin isə bu vəzifəyə təsdiqlənəcəyi təqdirdə ilk işinin iqtisadiyyatda 3-4 faizlik artıma nail olmaqdan ibarət olacağını deyib.

 

Dövlət katibi vəzifəsinə isə prezidentliyə sabiq namizəd Mitt Romni də daxil olmaqla, 4 namizəd nəzərdən keçirilir.

 

Bu arada, bir qədər əvvəl Ağ Evin yeni rəhbərini "dələduz" adlandıran M.Romninin milyarderlə görüşdən sonra fikirləri dəyişib. O, Donald Trampın ölləsinə xoşbəxt gələcək bəxş edəcəyini açıqlayıb. Bununla belə Mitt Romni özünün təyinatı barəsində xəbəri isə şərh etməyib.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR