Neft 5 dollar bahalaşdı - REKORD
Dünya birjalarında neftin qiymətində 5 dollar bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bareli bahalaşaraq 52,71 dollardan təklif olunur. Qərbi Texas markası da bahalaşıb. WTI neftinin 1 bareli hazırda 50,22 dollardan təklif olunur.
OPEK ölkələri səkkiz il sonra ilk dəfə istehsalın azaldılması barədə tarixi qərara imza atıb. Ötən gün Vyanada əldə olunan razılaşma neftin qiymətinin sürətlə artmasına səbəb olub.
Razılığa əsasən, OPEK ölkələri hasilatı sutkalıq 1,2 milyon barel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 milyon barelə qədər enəcək. Əsas diqqət anlaşmaya nə qədər dəqiqliklə əməl olunacağıdır.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək.
OPEK dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirməyi planlaşdırır. Görüşün Qətərin paytaxtı Dohada baş tutacağı qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər