Dollar dəyişmədi, avro ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7318 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8360 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1686 manatdır. Beləliklə, funt sterlinq artım nümayiş etdirib.
Rusiya rublunun məzənnəsi bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rus rublu 27 manat, 100 türk lirəsi 50 manat 38 qəpik, 100 gürcü larisi isə 67 manat 78 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər