“Formula-1”in Bakı mərhələsinin adı və tarixi dəyişdirilib

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) Vyanada keçirilən Baş Assambleyasında maraqlı qərarlar verilib. APA TV-nin  məlumatına görə, bu qərarların içində Azərbaycanla bağlı olanlar da var.

 

Belə ki, ötən il ilk dəfə ölkəmizdə baş tutmuş “Formula-1” üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.

 

Bundan əlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.

 

Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün “Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra -  noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR