Azərbaycanın bölgələrində də analoq TV yayımının dayandırılmasına başlanılır

Bu gündən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılır. APA TV-nin məlumatına görə, dekabrın 1-dən bu rayonlarda rəqəmsal TV yayımı həyata keçiriləcək.

 

Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə reallaşacaq. Analoq yayımın II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

 

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR