Lavrov Antalyada
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. APA TV-nin məlumatına görə, Sergey Lavrov dekabrın 1-də Alanya şəhərində Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun toplantısında iştirak edəcək və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, müzakirələrin əsas mövzusu Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlıq məsələləri olacaq.
Rusiyalı nazirin səfəri ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Bəşər Əsəd hakimiyyətinə son qoymaq üçün Türkiyə ordusu Suriyada hərbi əməliyyatlara başlayıb. Kreml bəyanatı “çox ciddi” adlandırıb, amma tələsməməyi, Türkiyə tərəfinin izahatını gözləməyi məsləhət görüb.
Alanyadakı ikitərəfli müzakirələrdən əvvəl isə Rusiya və Türkiyə liderləri telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.
Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.
Bundan başqa, iki ölkə lideri Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər