OPEC-dəki tarixi razılaşmanın detalları açıqlandı: kim nə qədər neft hasil edəcək?

OPEC-in növbəti iclası mayın 25-də, Avstriyanın paytaxtı Vyanada keçiriləcək. APA TV-nin məlumatına görə, bu barədə təşkilatın bu gün keçirilmiş 171-ci iclasında qərar qəbul olunub.

 

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

 

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

 

OPEC-in prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Səda bildirib ki, Rusiya gündəlik neft hasilatını 300 min barel azaltmağa razı olub:

 

“Razılaşmaya görə, neft ixrac edən ölkələr hasilatı azaldacaq. OPEC-ə daxil olmayan ölkələr gündə 600 min barel hasilatı azaldacaqlar. Bildirmək istəyirəm ki, Rusiya hasilatı 300 min barel azaltmağa razılaşıb. Səudiyyə Ərəbistanı isə hasilatı gündə 486 min barel azaldacaq”

 

Onun sözlərinə görə, son razılaşma neft sənayesinin canlanmasına, ortamüddətli və uzunmüddətli perspektivdə neft sahəsinə investisiya qoymağa yardımçı olacaq.

 

Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə,  bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR