Tovuzda evdə qaz partladı, 29 yaşlı qadın yaralandı

Tovuzda yaşayış evində qaz partlayışı baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Natəvan Bağırova mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.

 

Müxtəlif bədən xəsarətləri alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib və vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbi müəyyənləşdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR