Cənub bölgəsində indiyədək 900 QİÇS xəstəsi aşkarlanıb
Ötən 26 il ərzində Azərbaycanın cənub bölgəsində 900-dən çox QİÇS xəstəsi aşkarlanıb ki, onlardan da 413 nəfəri Lənkəran, 251 nəfəri Astara, 208 nəfəri Masallı, 83 nəfəri Cəlilabad, 15 nəfəri Lerik, 12 nəfəri Yardımlı rayonlarının sakinidir.
Bu barədə APA TV-nin cənub bürosuna Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib.
Onun sözlərinə görə, QİÇS-ə yoluxanların əksəriyyəti kişilərdir. Xəstəliyə yoluxanların hər 3 nəfərindən birini qadın təşkil edir. Lənkəran rayonunda QİÇS-dən əziyyət çəkənlərdən 329-u kişi, 84 nəfəri qadın olduğunu deyən laboratoriya müdirinin sözlərinə görə, QİÇS-ə yoluxanlar arasında bir neçə uşaq da var: "Bu il ölkə üzrə 40 nəfərə yaxın uşaq yoluxub. Bizim də rayonda 1-2 nəfər uşaq var ki, olarda ana bətnində, anadan yoluxub".
Rəmiəli İbişov QİÇS-dən ölənlər barədə də söz açıb: "Təkcə Lənkəran rayonu üzrə indiyədək 10-a yaxın xəstə dünyasını dəyişib".
Laboratoriya müdirinin sözlərinə görə, QİÇS-ə yoluxma əsasən parenteral yolla baş verir: "Xəstəliyə tutulanlar arasında narkotik istifadəçiləri çoxluq təşkil edir. Həmin şəxslər qeyri steril şprislərdən istifadə etdikdən sonra onu eyni zamanda dostlarına, yoldaşlarına da istifadə üçün ötürürlər. Son nəticədə isə sağlam insanlar da bu sağalmaz xəstəliyə yoluxurlar. Kosmetika salonlarında steril olmayan alətlərdən istifadə zamanı infeksiya sağlam adamın selikli qişasına düşdüyü təqdirdə, o, yoluxa bilər".
Laboratoriya müdiri daha bir vacib məsələni xüsusi qeyd edib: “QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəliklərdən sayıldığı üçün 3 aydan çox respublikadan kənarda yaşayan şəxslərin, o cümlədən əcnəbi vətəndaşların mütləq laboratoriya müayinəsindən keçmələri zəruridir”.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər