Rusiya Ərdoğanın Əsədi devirmək istəyinə münasibət bildirdi

"Rəsmi Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yalnız ictimaiyyət qarşısında söylədiyi fikirlərə əsaslanır. Onun Bəşər Əsəd haqqında söylədikləri isə ictimai bəyanat xarakteri daşımır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova səsləndirib.

 

O, Türkiyə prezidentinin son açıqlamasının detallı şəkildə təhlil edildiyini deyərək, bu fikirlərin mətbuatdan kənar, qeyri-rəsmi şəkildə söyləndiyini  bildirib.

 

Söhbət isə bir qədər öncə İstanbulda keçirilən simpozium zamanı Rəcəb Tayyib Ərdoğanın ölkəsi tərəfindən Suriyaya qoşun yeridilməsinin yalnız prezident Bəşər Əsədi devirmək məqsədi daşıdığı barədə fikirlərindən gedir.

 

Bu arada Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov da Ərdoğanın fikirlərini şərh edib. O, Türkiyə prezidentinin Bəşər Əsədin devrilməli olduğu ilə əlaqəli fikirlərinə skeptik yanaşaraq, bu hədəfin əlçatmaz olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR