Vyanada İran və İraqdan pozitiv açıqlamalar - NEFT BAHALAŞDI
OPEC ölkələri nazirləri arasında bu gün Vyanada keçiriləcək rəsmi iclas öncəsi ilkin görüş keçirilib. APA TV-nin məlumatına görə, görüşdə Səudiyyə Ərəbistanı, Venesuela, İraq, İran, Əlcəzair, və Nigeriyanın neft nazirləri, o cümlədən Ekvador və Anqolanın nümayəndələri iştirak edir.
İranın neft naziri Bidcan Nəmdar Zanqane bu günkü görüşdən “müsbət nəticə” gözlədiyini açıqlayıb. “İran üçün qəbul edilə biləcək təklif var, lakin biz neft qiymətlərinin cari səviyyələrində hasilatın dondurulması və ya azaldılmasını ölkəmiz üçün uyğun hesab etmirik”, - deyə nazir bildirib.
Onun bu açıqlaması neftin bahalaşmasına səbəb olub. Hazırda "Brent" markalı neftin 1 barelinin dəyəri 1,13 dollar artaraq 47,51 dollar olub. Qərbi Texas markası da dəyər qazanıb. WTI neftinin qiyməti 1 barelə görə 1,43 dollar artaraq 46,66 dollar təşkil edib.
İraqın neft naziri Cabar Ali əl-Lyaibi də OPEC-in bu gün keçiriləcək iclasında neft hasilatının azaldılması ilə bağlı qərar qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı artıq müsbət nəticələr əldə olunub. “Biz razılıq əldə etmişik. Hasilat azaldılacaq. Razılıq 6 ay müddətinə nəzərdə tutulub, OPEC-ə üzv ölkələrin nazirləri yekdilliklə hasilatın məhdudlaşdırılmasını qəbul edirlər”, - deyə nazir qeyd edib.
Cabar Ali əl-Lyaibi hasilatın azaldılmasının neft qiymətlərinin artmasına gətirib çıxaracağını deyib: “İraq hasilatın azaldılmasından sonra neft qiymətlərinin bir barrelə görə 55 dollara qədər və daha çox artacağını proqnozlaşdırır”.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər