Səudiyyə və İranın neft oyunu - VYANADA HƏYƏCANLI GÜN
Dünya birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bareli ucuzlaşaraq 47,68 dollardan təklif olunur. Ötən gün bu markadan olan neft 49 dollara qədər bahalaşmışdı.
Qərbi Texas markası da ucuzlaşıb. WTI neftinin 1 bareli hazırda 45,52 dollardan təklif olunur. Ötən gün bu markadan olan neft 46,70 dollara satılırdı.
Neftin son iki həftədə ən ucuz qiymətlərə satılmasına səbəb OPEK ölkələri arasında fikir ayrılığının olmasıdır. İranın neft naziri Bijan Namdar Zəngani Əlcəzair və Venesuelalı həmkarları ilə görüşdən sonra Vyanada verdiyi açıqlamada ölkəsinin istehsalı azaltmayacağını bildirib. Səudiyyə Ərəbistanın Liviya və Nigeriyadan başqa bütün kartel üzvlərinin qatılmadığı razılaşmanı rədd etməyə hazırlaşdığı bildirilir.
OPEK üzvləri nazirləri bu gün sentyabr ayında ilkin şərtləri təsdiqlənən istehsalın dondurulması qərarını müzakirə etmək üçün Avstriyanın paytaxtı Vyanada görüşəcək. Qrup liderlərindən olan Səudiyyə Ərəbistanı 2014-cü ildə dəstəklədiyi "istədiyin qədər istehsal et" siyasətini dəyişdirməyin yollarını axtarır. Səkkiz il aradan sonra ortaya atılan istehsalı azaltma qərarı qrupdaxili fikir ayrılıqlarına səbəb olub. İran illər sürən sanksiyalardan sonra istehsalı artırmaq istəməsinə görə xüsusi yanaşma tələb edir. Mütəxəssislər bu toplantıda kilid məsələnin İranla razılığa gəlmək və istehsalı hansı səviyyədə azaldacağını qərarlaşdırmaq olduğunu qeyd edir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər