Nardaran sakini özünü metroda qatarın altına atdı
Bakı metrosunda intihara cəhd olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, bu gün saat 09:20 radələrində bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın altına atıb.
Araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu olması müəyyən edilib.
Qatar dərhal dayandırılıb, gərginlik kəsilib və sərnişin qatarın altından çıxarılıb. N. Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır.
Hadisə səbəbindən qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
492
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
465
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
480
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2021
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2147
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2114