Rəsmi Pekin: Uyğur türklərinə daha həssas davranılacaq

Çin hökuməti uyğur türkü olan tələbələri sevindirəcək tarixi addım atıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hökumətin qərarı ilə ölkə universitetlərində təhsil alan 300 uyğur türkü üçün xüsusi təqaüd təsis edilib.

 

Eyni zamanda hökumət rəsmiləri bundan sonra ölkədə hüdudlarında yaşayan uyğur türklərinə qarşı daha həssas yanaşma sərgilənəcəyini açıqlayıb.

 

Güman edilir ki, Çin rəsmilərinin uyğur türkü olan vətəndaşlara qarşı analoji yanaşmasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı açıqlamaları səbəb olub.

 

Qeyd edək ki, rəsmi Pekinin məhz bu açıqlamalardan sonra Ankaranın uyğur türkləri ilə bağlı mövqeyini nəzərə alaraq belə bir addım atdığı ehtimal edilir.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR