Dollar və avro bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 29-u ilə müqayisədə artaraq 1,7318 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8417 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rus rublu 26 manat 60 qəpik, 100 türk lirəsi 50 manat 77 qəpik, 100 gürcü larisi isə 68 manat 45 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər